Çörəyin içindən əlcək barmağı çıxdı - “BAZAR STORE”UN SEXİNDƏ BİŞİB

  • By admin
  • 29 Mart 2018 11:00

Xırdalan şəhərində “Bazar Store”dan alınan çörəyin içindən əlcək barmağının çıxması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, alıcı çörəyin “Bazar Store”un sexində bişirildiyini qeyd edib. Onun sözlərinə görə, əlcəyin barmağını qızının ağzından çıxarıb.

Məsələ ilə bağlı “Bazar Store”la əlaqə saxladıq. Bildirildi ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılacaq.

Gununsesi.info