“Çörəyin qiyməti qalxarsa, səbəbləri araşdırılacaq” Nazirlikdən rəsmi cavab (Özəl)

  • By admin
  • 29 İyul 2016 16:48

corek

 

 

İqtisadiyyat Nazirliyi çörəyin qalxmasına mövqeyini açıqladı. “Əgər çörəyin qiymətində artım baş verərsə,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bununla bağlı monotorinq keçriəcək və bunun səbəblərini araşdıracaq”.

Bunu Gununsesi.info-ya açıqlamasnda İqtisadiyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. Onun sözlərinə görə, çörəyin qiymətinin tənzimlənməsi dövlət tərəfindən tənzimlənən məhsullar sırasın aid deyil. “Ona görə də Tarif Şurası çörəyin qiymətinin artımı ilə bağlı məsələyə baxa bilməz”-deyə, A. Əliyev vurğulayıb.

Bununla belə A.Əliyev qeyd edib ki, qiymətləri dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərində baş verə biləcək süni və əsassız artımların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır: “Monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alındıqda, bunun səbəbləri araşdırılır və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ancaq hələ ki, aparılan monitorinqlər nəticəsində belə bir artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində artım qeydə alınarsa, bunun səbəbi mütləq araşdırılacaq”.

Mürətza

Gununsesi.info