Milyarder Çindəki hakimiyyəti devirməyə çağırıb

  • By admin
  • 01 Fevral 2022 19:42

Amerikalı milyarder, “Açıq cəmiyyət fondu”nun təsisçisi Corc Soros beynəlxalq birliyi Çindəki siyasi rejimi dəyişdirməyə kömək göstərməyə çağırıb.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Stenford universitetindəki mühazirəsində danışıb.

Corc Soros ÇXR Kommunist partiyasının baş katibi Si Tzinpinin dövlət başçısı postunu tərk etməli olduğunu bildirib. “Bu açıq cəmiyyətlərin üzləşdiyi ən böyük təhdidin ortadan qalxması deməkdir və dünya birliyi Çini arzuedilən istiqamətə yönəltmək üçün əllərindən gələni etməlidirlər”,-deyə macar əsilli milyarder qeyd edib.

Corc Sorosun sözlərinə görə, Çin bu gün dünyada ən qüdrətli avtoritar dövlət sayılır. Si Tzinpin bu ölkədə böyük liberal islahatlar aparan keçmiş baş katib Den Syaopindən fərqli olaraq özünü əsl kommunist kimi aparır.

 

 

Gununsesi.info