“Qanlı general” MTN-nin agentura şəbəkəsini açıqlaya bilərmi? -NƏ QƏDƏR Kİ, ELDAR MAHMUDOV AZADLIQDA, O, SAYIQLAYACAQ

  • By admin
  • 08 Sentyabr 2016 17:56

akif

Düşünmürəm ki, Akif  Çovdarov sabiq nazirliyin  agentura şəbəkəsini ifşa etsin və ya edə bilsin.  Çünki bu cəsarət tələb edir, belə cəsarət isə Çovdarovda yoxdur. Hətta açıqlasa belə, heç nə baş verməz!”.

Bu haqda Gununsesi.info-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu fəaliyyəti dayandırılmış MTN-nin sabiq generalı, hazırda həbsdə olan  Akif Çovdarovun agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı onun məlum açıqlamasına münasibət bildirərkən deyib.  Onun sözlərinə görə,  Çovdarov və həbs edilən digər şəxslər rəhbərlikləri dövründə o qədər kobud və cinayətkar üsullarla  işləyiblər ki, onların bütün agentura şəbəkəsi  deməsələr belə, onsuz da bəllidir: “Hansı agentə nə qədər veriblər,  onlara hansı çirkli işləri gördürüblər, bunu əksəriyyət artıq bilir. İctimai-siyasi  sektorda  olanlar haqda məlumatlar kifayət qədərdir. Sadəcə, o, hazırda “boğulan saman çöpündən yapışır” prinsipindən hərəkət edir. Çovdarov çalışır ki, şantaj yoluyla özünü düşdüyü vəziyyətdən xilas etsin.  Çünki o, öz keçmiş rəhbərinin və cinayət ortağının tapşırıqlarını  icra edib.  Düşünür ki, bu yolla gündəmi zəbt edən mövzular çıxarıb, özünə qarşı yumşalmaya nail ola bilər. Ancaq qapalı nə qalıb ki, hər şey açılıb. Onlar Azərbaycan dövlətinin  əməliyyat sirlərini xarici dövlətlərədək satıblar.  Bu haqda dövlət rəhbərliyi də hər şeyi  bilir. Ona görə də daha açılası heç nə qalmayıb.  Adam belə açıqlamarla ancaq özünü xilas etməyə çalışır. Yəni, şantaj yoluyla vaxt uzadır. Onun çıxışları tamamilə məntiqsiz bir şeydir. Çovdarov yalan deyir. O pulların hamısını büdcədən siliblər. Quldurluqla ədə etdikləri pulları da  əgər agenturaya xərcləyiblərsə, o zaman Çovdarovun yüz milyonları hardandır? O, bəlkə də milyarderdir“.

arastun

Ə. Oruclu deyib ki, A. Çovdarov hazırda  Rusiyada oğurluq, fırıldaqlıqla əldə etdiyi pullarla ən böyük investitsiyalara sahib olanlardan biridir.

“Maasla yaşayan ciddi qurumun məmurunda bu pullar hardandır? Odamı bu pulları başqaları kimi maasla toplayıb? Yenə deyirəm, bunlar hamısı  düşdüyü vəziyyətdən özünü xilas etmək üçün atılan addımlardır. Sadəcə, onlara qarşı qətiyyətli addımlar atılır və  Çovdarov da ürəklənib müxtəlif üsullarla özünü xilas etməyə çalışır. Burada isə ciddi heç nə yoxdur.  Əgər həmin hesabatı verə bilirsə, versin də.  Bu adamın danışdıqlarının hamısı şantajdır. Ona görə də, ağzına gələni danışır. Çovdarovun peşəkar əməliyyatlardan xəbəri yoxdur. O adi bir qanqster, quldur olub. Onu belə ciddi bir orqanda  gətirib general-mayor rütbəsinədək çatdırıblar. İndi isə adam əsil qiyafəsinə – intellekt,  anlayış səviyyəsinə qayıdıb. Çovdarov ciddi  müzakirə predmeti ola bilməz. Ciddi müzakirə predmeti Çovdarovun arxasında dayanan sabiq nazir Eldar Mahmudov ola bilər. Eldar Mahmudov nə qədərki azadlıqdadır, Akif Çovdarov  hələ çox şey sayıqlayacaq”- deyə, o, sözlərinə əlavə edib.

Gülnaz Qənbərli

Gununsesi.info