Çovdarovun əmlakları ilə bağlı məhkəmə başlayır

  • By admin
  • 10 İyun 2022 21:48

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli iki əməkdaşının əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır.

Gununsesi.info xəbər verir ki, söhbət keçmiş nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və şöbə rəisi, polkovnik Səlim Məmmədovdan gedir.

HTML tutorial

Həmin iş Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb və məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə ötən ay azadlığa buraxılıb.

Gununsesi.info