
Akif Çovdarovun bu günə təyin edilən məhkəmə prosesi təxirə salınıb.
Bu haqda Gununsesi.info-ya vəkil Kamandar Nəsibov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb vəkillərdən ikisinin prosesə qatılmaması olub: “Baxmayaraq ki, ötən prosesdə həmin vəkillər məhkəməni bununla bağlı xəbərdar etmişdilər, lakin yenə də proses təxirə salınmadı. Ona görə də məhkəmə iclası noyabrın 17-nədək təxirə saldı. Çovdarovun vəkillərindən imtina etməsiylə bağlı məsələnin də müzakirəsi hələ davam edir. Qanunvericiliyə əsasən, hətta, Akif Çovdarov CPM-in müvafiq maddələrinə əsaslanaraq, yeni bir vəkillə müdafiəsinə davam edəcək. Onun müqavilə bağladığı vəkil bu gün prosesdə iştirak edib”.
K.Nəsibov yeni vəkillə müqavilə bağlanmasına da münasibət bildirib: “Anlamıram, vəkillərdən imtina edilirdisə, yeni vəkilə nə ehtiyac vardı ki?.. Lakin onun prosesə buraxılması və bizim işdən kənarlaşdırılmamızın müzakirəsi hələ başa çatmayıb”.
Gülnaz Qənbərli
Gununsesi.info