Akif Çovdarov: “Cinayət işinin materialları ilə tam tanış deyiləm” - Məhkəmə oktyabrın 4-nə təxirə salınıb (YENİLƏNİB)

  • By admin
  • 20 Sentyabr 2016 11:16

sabunchu

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkmənin hazırlıq iclası oktyabrın 4-nə təxirə salınıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə təqsirləndirilən Akif Əliyevin vəkili Cavid Rzazadə bildirib.

O bildirib ki, proses barədə A. Çovdarov vəkili və digər vəkillərə məlumat verilmədiyinə görə onlar bu gün keçirilən iclasa qatılmayıblar. Akif Çovdarov isə prosesdə deyib ki, ciayət işinin materialları ilə tam tanış ola bilməyib.

Bu səbəbdən hazırlıq iclası oktyabrın 4-nə təyin olunub.

Vəkil onu da bildirib ki, iş üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkən var.

 

****

11:16

Gununsesi.info-nun Sabunçu rayon məhkəməsində olan əməkdaşının xəbərinə görə, MTN-in sabiq baş idarə rəisi general Akif Çovdarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bakı Hərbi Məhkəmənin hakimi Həbib Həsənovun sədrliyi üzrə keçirilən prosesdə jurnalistlər hazırlıq iclasına buraxılmayıb.

*****

Bir neçə dəqiqə sonra MTN-nin “Qanlı Generalı” ayaması ilə tanınan general Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. Gununsesi.info-nun Sabunçu Məhkəməsinin binası qarşısında olan əməkdaşının xəbərinə görə, onlarla şəxs məhkəmə binası qarşısına toplanıb. Məhkəmə prosesi saat 11.00-da təyin olunsa da  hələlik, Penitensiar Xidmətin generalı gətirəcək avtomobili məhkəməyə yetişməyib.

Generalın məhkəməsi ilə bağlı son xəbərləri bizdən izləyin..

s1

aki1