Çovğuna düşən Baydenin çətin anları -Video

  • By admin
  • 03 Yanvar 2022 22:42

Prezident Co Bayden Yeni il tətili ilə əlaqədar Delaver ştatında bir neçə gün qaldıqdan sonra ABŞ paytaxtını bürüyən qar fırtınası zamanı Ağ Evə qayıdıb.

Gununsesi.info  xəbər verir ki, Ağ Evin mətbuat mərkəzinin “Twitter”də  yerləşdirdiyi videoda Endryus Hərbi Hava Qüvvələri bazasına (Merilənd) çatan kimi dövlət başçısı şiddətli çovğunla üzləşib.

Təyyarə yerə endikdən sonra Bayden təxminən yarım saat hava gəmisinin içində qalmalı, zolağın kifayət qədər qardan təmizlənməsini gözləməli olub.

Prezident güclü küləyin təsiri altında bir qədər yırğalanaraq nərdivanla aşağı enib, bundan sonra gözləyən avtomobilə minib və oradan uzaqlaşıb.