“COVID-19 əbədi davam etməyəcək, lakin həyatımızın bir hissəsi olacaq” - BAYDEN

  • By admin
  • 07 Yanvar 2022 22:17

“Koronavirusla bağlı indiki formada vəziyyət daimi olmayacaq, pandemiya nəzarət altına alına biləcək”.

Gununsesi.info-nun məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxış zamanı bildirib.

ABŞ lideri əminliklə qeyd edib ki, COVID-19-la bağlı gələcəkdə vəziyyət daha yaxşı olacaq: “Xeyr, inanmıram ki, COVID-19 sonsuza qədər qalsın, lakin dünyada bir amil kimi olması, yəqin ki, həyatımızın bir hissəsi olacağını şərtləndirir. Biz buna nəzarət edə biləcəyik, yeni həyat norması indiki kimi olmayacaq, daha yaxşı olacaq”.

 

Gununsesi.info