COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 05 Fevral 2022 18:49

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 448 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 31 325 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 186 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 245 925, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 750 763 ,”buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 189 591 təşkil edir.

 

 

Gununsesi.info