Covid-19-a görə hər gün 4 tonluq pulunu dezinfeksiya edir

  • By admin
  • 26 İyul 2020 15:23

Türkiyənin Qaziantep şəhərində yaşayan Esat Kaplan hər gün gün 4 tonluq kağız və dəmir pullarını dezinfeksiya edir.

Gununsesi.info haberler.com-a  mətbuatına istinadən xəbər verir ki, pul kolleksiyaçısı olan Kaplan bu işi sevərək görür. O, pul kolleksiya muzeyi açıb və turistlərin hesabına bu sahədən çoxlu pullar qazanır.

Esat Kaplan koronavirus səbəbi ilə hər gün 4 tonluq dəmir və kağız pullarını tək – tək dezinfeksiya etdiyini, bununla da ziyarətçilərin sağlamlığının keşiyində durduğunu bildirib:

“Çünki pulları əlinə alırlar, yoxlayırlar. Biz bilmirik ki, pulu əlinə alan adam xəstədir ya yox. Ona görə də dəmir pulları hər gün yuyuruq. Kağız pulları isə dezinfeksiya edirik”.

Gununsesi.info