COVID-19-a qarşı ən effektiv peyvənd tapıldı

Tokio Tibb Elmləri İnstitutunun professoru Miçinori Koharanın rəhbərlik etdiyi bir qrup alim ömürlük toxunulmazlıq yaradan COVID-19-a qarşı peyvəndin hazırlanması üzərində işləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Japan Times” nəşri məlumat yayıb.

HTML tutorial

Burada 18-ci əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən hazırlanmış çiçək vaksininin əsas götürüldüyü vurğulanır. Yapon alimlərinin ideyası SARS-CoV-2 virusunun sünbül zülalını ehtiva edən rekombinant vaksin virusu yaratmaqdır.

M.Kohara görə, bu növ peyvənd çox az yan təsirlərə malikdir və xüsusi daşınma və saxlama üsullarına ehtiyac duymur. Bundan əlavə, ömürlük effektivliyə malik vaksinin yaradılması dünyaya koronavirusla mübarizədə üstünlük qazandıra bilər.

Məqalədə qeyd edilir ki, Kohara peyvəndinin klinik sınaqlarının birinci və ikinci mərhələləri 2023-cü ilin birinci yarısında baş tutacaq.

Gununsesi.info