COVID-19-a qarşı antikorların mövcudluğunu təyin edən icad

  • By admin
  • 04 May 2021 11:05

İsveçrədə alimlər bir damcı qanla koronavirus infeksiyasına qarşı antikor miqdarını təyin edə bilən test hazırlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar bu testlərin tezliklə apteklərdə satışa çıxarılacağına (60 sent) ümid edir.

“Antikor testi COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 infeksiyasının yayılmasını izləmək üçün güclü vasitə ola bilər”, – araşdırma müəllifləri qeyd edib.

Bildirilib ki, test eyni anda mindən çox nümunəni analiz edə bilər, araşdırma üçün yalnız bir az qan damcısı lazımdır, qan barmağı sancmaqla götürülə bilər. Testlər zamanı mütəxəssislər 155 könüllünü sınaqdan keçirib, onların 98 faizində koronavirusa qarşı antikor tapılıb.

Gununsesi.info