COVID-19 bu orqanlara da təsir edir

İlk hədəfi ağciyərlər olan koronavirus damarlardan da yan keçmir. COVID-19-un ən əhəmiyyətli yan təsiri damarlarda qan laxtalanması ilə nəticələnməsidir.

Gununsesi.info xəbər verir ki, virusun damarlara təsiri insult, infarkt, beyin zədələnməsi kimi bir sıra problemlərə səbəb olur.

HTML tutorial

Ürək-damar cərrahı, professor Mustafa Şırlak virusun vurduğu zərəri belə izah edib: “Beyinə gedən damara təsir etdikdə insult, ürək damarına təsir etdikdə infarkt, ağciyər damarına təsir etdikdə ağciyər emboliyası, dəridəki damarlara təsiri isə dərin damar tıxanması kimi problemlərə səbəb olur. Virus arteriyalara təsir etdikdə arterial obstruksiya ilə nəticələnir”.

Həkim bildirib ki, koronavirusdan qorunmağın yeganə yolu peyvənddir.

Ürək-damar cərrahı, professor Tankut Akayın sözlərinə görə, COVID-19 laxtalanma üçün böyük risk yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, insanlar qandurulaşdıran dərmanlardan həkim məsləhəti ilə istifadə etməlidirlər.

Mustafa Şırlak mövzu ilə əlaqədar bildirib ki, “Qandurulaşdıran dərmanların yan təsirləri ola bilər. Ən çox qorxduğumuz isə beyin qanaxmasıdır. Ona görə də COVID-19-a yoluxan birinin qandurulaşdıran dərmanlardan dərhal istifadə etməsi doğru deyil”.

Gununsesi.info