COVID-19-dan ölüm halları 90 faiz azalıb -ÜST

  • By admin
  • 10 Noyabr 2022 09:02

İlin əvvəlindən bəri COVID-19-dan ölənlərin həftəlik sayı 90% azalıb.

Gununsesi.info CBS-yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əgər fevral ayında həftəlik ölənlərin sayı 75 mini keçibsə, ötən həftə ÜST dünya üzrə 9400-dən bir qədər çox ölüm faktını qeydə alıb.

“Biz uzun bir yol qət etmişik və bu, şübhəsiz ki, nikbinlik üçün səbəbdir. Lakin biz bütün hökumətləri, icmaları və insanları ayıq-sayıq olmağa çağırmaqda davam edirik”, – Qebreyesus deyib.

O, xəstəliyin yeni ştammlarının yayılmaqda davam etdiyini qeyd edib.

Gununsesi.info