COVID-19 jurnalistin həyatına son qoydu

  • By admin
  • 27 Avqust 2021 14:36

AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru Şöhrət Səlimbəyli vəfat edib.

Gununsesi.info xəbər verir ki, Qarabağ Müharibəsi veteranı Ş.Səlimbəyli ötən gün koronavirusdan dünyasını dəyişib.

60 yaşlı jurnalistə bir neçə gün əvvəl COVID-19 diaqnozu qoyulub. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!