COVID-19 təhlükəli xəstəliyin şiddətlənməsinə səbəb ola bilər

  • By admin
  • 22 Mart 2021 10:46

Həkim və teleaparıcı Aleksandr Myasnikov hesab edir ki, Rusiyada koronavirus pandemiyası səbəbindən vərəm daşıyıcılarının sayı arta bilər.

Gununsesi.info xəbər verir ki, həkim Rusiyadakı vəziyyətin Avropa ölkələri və Amerika ilə müqayisədə pis olduğunu bildirib.

“Əhalinin hər 100 min nəfərindən 60-100-ü xəstədir, bir çox ölkədə isə bu göstərici 10-a yaxındır. Dərmanlar vərəmlə mübarizədə həmişə kömək etməyə bilər, vəziyyət mürəkkəbdir, çünki antibiotikə qarşı müqavimət yaranır.

COVID-19-un ağciyərlərdə ağır nəticələr verdiyi də məlumdur. Bu, gələcəkdə vərəmin diaqnozu və müalicəsinin effektivliyinə təsir edəcək”, – Myasnikov əlavə edib.

Gununsesi.info