COVİD-19-un üzərindən sirr pərdəsi götürülür

Almaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu koronavirusun biomühəndislik üsulu ilə – yəni süni yaradıldığına dair sübutlar tapıblar. Bu barədə N-TV kanalına araşdırmada iştirak edən Vürzburq Universitet Xəstəxanasının alimi Valentin Bruttel məlumat verib. “Tədqiqatımızın nəticələri göstərir ki, bu virus 99,9% təbii virusun süni şəkildə yaradılmış surətidir” – Bruttel deyib. Onun sözlərinə görə, o, 2021-ci ilin yayında Sars-CoV-2 genomunda anomaliyaları müşahidə edib və o vaxtdan onun mənşəyinin öyrənilməsi ilə məşğul olub. Alman alim izah edib ki, onlar koronavirus genomunda sintetik viruslar üçün xarakterik olan spesifik nümunə tapıblar, təbii viruslara isə bunların ixtiyari şəkildə yayılması xasdır (yəni ola da bilər, olmaya da). Tədqiqatın nəticələrinə görə, SARSCoV-2 “böyük ehtimalla ”in vitro” (“sınaq şüşəsi”ndə) toplanmış yoluxucu klon kimi yarana bilərdi. Əslində belə bir versiya lap əvvəldən də gözardı edilməmişdi.

Bu nə məqsədlə edilib, yoxsa təsadüfdür? Bioloji silah kimi düşünülə bilərdimi? Cəza yoxdursa, bir müddət sonra başqa və daha qorxulu süni virus təbiətə buraxıla bilməzmi?

HTML tutorial

 

Mərdan Əliyev:

Mərdan Əliyev

Publika.az xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məsələ ilə bağlı artıq koronavirus pandemiyası başlayandan bəri iddialar var: “Bir dəfə, hətta Ümumdünya Səhiyyə Təşkilatından Çinin Uhan şəhərinə bir heyət də göndərdi və araşdırma apardılar. Araşdırma o vaxtdan bəri də davam edir. Sadəcə, ilkin variantda koronavirusun süni şəkildə yox, təbii şəkildə meydana gəlməsi üzərində dayandılar. Nəzərə alsaq ki, hər 80-100 ildən bir müəyyən pandemiyalar olub və bu COVİD-19 pandemiyası yeni pandemiya deyil və bundan qabaq da pandemiyalar olub. Bunun üçün də daha çox təbii şəkildə baş verməsi mümkün olandır. Ona görə bunun süni şəkildə yaradılmasına çox inanılmadı. Amma son tədqiqatlar nəticəsində virusun genomunu müəyyən ediblər, genomunda və onun proteinlərində bəzi xüsusiyyətlər aşkar ediblər ki, bu xüsusiyyətlər təbii şəkildə viruslarda çox az rast gəlinir və bu ən çox süni şəkildə yaradılan viruslarda olur. O səbəbdən də koronavirusun süni şəkildə yaradılması qənaətinə gəlinib. Amma bir məsələ də var. süni şəkildə yaradılıb, biolojNiyə i silah məqsədiləmi? Əslində yox. Laboratoriyalarda müəyyən viruslar üzərində, bakteriyalar üzərində araşdırmalar da aparılır. Bu araşdırmalar üçün peyvəndin hazırlanması, viruslara qarşı dərmanların hazırlanması. Misal üçün, qarayara xəstəliyi Amerikada, Rusiyada və bir sıra ölkələrin laboratoriyalarda hazır şəkildə saxlanılır. Bu da nə üçündür? Əgər yayılarsa, bunun peyvəndini sürətli şəkildə hazırlamaq üçündür. Əslində bu da o məqsədlərlə və yaxud da araşdırma məqsədilə də ola bilər. Amma bioloji silah məqsədilə ola bilərmi?”

İnfeksionist “virus bioloji silah məqsədilə yaradıla bilərmi” sualına belə cavab verib: “Ola bilər, amma bir məsələ var. Əgər hansısa ölkə bunu istifadə edirsə, misal üçün, Çində virus meydana çıxdı, digər ölkələrdə kollektiv immunitet formalaşdı. Amma Çində sərt karantin rejimi hesabına kollektiv immunitet formalaşmadı və beləliklə, indi də onlarda karantin qaydaları tətbiq olunur. İndi də onlarda müəyyən təsirləri var. Yəni bioloji silah kimi istifadə olunan bir virusun əslində əvvəldən peyvəndi hazırlanır. Amma həqiqətən də bunu süni şəkildə buraxıblar, yoxsa laboratoriyada hazırlanarkən təsadüfi müayinələr, təsadüfi qəza nəticəsində yoluxub, bununla bağlı açıqlama vermək mümkün deyil. Baxmayaraq ki, bu qədər araşdırmalar aparılır. Elə araşdırmalar da virusun süni şəkildə, laboratoriyalarda yaradılması ehtimalını gücləndirir. Amma yüz faiz süni şəkildə yaradılıb demək də mümkün deyil”.

 

Müharibənin gedişində dünya dövlətləri Türkiyənin mövqeyinə dəstək  göstərməlidir

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov isə dedi ki, bu günə kimi dünyada koronavirusla bağlı müxtəlif iddialar irəli sürülüb: “Peyvəndlərin dünyada bərabər paylanmaması ilə bağlı problemlər yarandı, elə bu fakt virusun süni şəkildə yaradılmasına şübhələri daha da artırdı. Əgər bu virus doğrudan da, deyildiyi, bir sıra dövlətlər tərəfindən iddia olunduğu kimi, özü mutasiya olub yayılıbsa, süni şəkildə hazırlanmayıbsa, bəs nəyə görə vaksinlər dünyada bərabər şəkildə paylanmadı, niyə peyvəndlərlə bağlı bu qədər ədalətsizlik nümayiş olundu? Bir müddət əvvəl də Almaniyada alimlər tərəfindən iddia irəli sürülmüşdü ki, koronavirus ABŞ, Rusiya və Çin tərəfindən birgə yaradılıb və Uhan şəhərində laboratoriyada saxlanılıb. Hər üç dövlətdən olan təhlükəsizlik xidmətləri buna nəzarət ediblər. Bu hansı məqsədlə yaradılıb? Hər bir halda bunun Yer kürəsində tətbiq olunması nəzərdə tutulub, canlı aləmə, xüsusilə də insanlığa zərər gətirməsi məqsədi daşıyıb. İnsanların kütləvi tələf olması məqsədi daşıyır. Əgər bu, məqsədli şəkildə yaradılıbsa, həmin dövlətə qarşı ciddi sanksiya tətbiq edilməlidir, ediləcək də. Həmin dövlətə qarşı beynəlxalq müstəvidə məhkəmə prosesləri başlanmalıdır. Onlar ciddi şəkildə cəzalandırılmalıdır ki, gələcəkdə bəşəri bəla gətirən bu cür proseslərə yol verilməsin”.

Gununsesi.info