“COVID” pasportu olmayan bəy və gəlini şadlıq evinə buraxmadılar- FOTOLAR

Zərdab rayonunda keçirilən toy mərasimində maraqlı anlar yaşanıb.

Gununsesi.info xəbər verir ki, Zərdabın Qoruqbağı kəndində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisinə gələn qonaqların “COVID” pasportları yoxlanılarkən məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı peyvənd olunmayıblar.

HTML tutorial

Yeni ailə quran cütlüyə pandemiya qaydalar izah edilib və onlara peyvəndləmə ilə bağlı təklif verilib. Bəy-gəlin təklifi könüllü qəbul edib və kəndin tibb məntəqəsinə gedərək peyvənd olunublar. Daha sonra onlar şadlıq evinə qayıdaraq toy məclisinə qoşulublar.

Gununsesi.info