

Hesablama Palatasının fəaliyyəti müsbət qiymətləndirilməlidir və əslində, bu qurum parlament olaraq bizim uğurumuzdur.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə parlamentdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev bildirib.
Onun sözlərinə görə, məsələn, hesabatda “Azal” və “Bakı Metropoliteni”nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır.
“Bununla yanaşı, məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı…Palata niyə vaxtında bunlara diqqət yetirməyib?…”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info