Çox çətin bir savaş olsa da, həqiqəti dünyaya çatdırmağa nail olduq - Hikmət Hacıyev

  • By admin
  • 11 Dekabr 2021 15:54

Çox çətin bir savaş olsa da, düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail ola bildik. Bu, xüsusilə, 27 sentyabrda, Azərbaycan xalqının savaşında, yəni Vətən müharibəsində bir daha özünü doğrultmuş oldu.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.

HTML tutorial

“Bildiyiniz kimi, 27 sentyabrda Ermənistan Azərbaycana qarşı, mülki insanlarımnıza qarşı yeni bir savaşa başladı və Azərbaycan xalqı haqq səsini qaldıraraq öz haqlı mücadiləsinə başlamış oldu. Burada da strateji kommunikasiyanın düzgün şəkildə formalaşması və düzgün şəkildə aparılması qarşımızda duran ən önəmli vəzifələrdən biri idi. Çünki yenə də Ermənistan tərəfindən hibrid və psixoloji savaş əsasında ölkəmizə qarşı bir təxribat aparılırdı. Təəssüflər olsun ki, dünya mediasında Azərbaycana qarşı bir çox qapılar bağlı qalmaqda davam edir və dünya mediasında informasiya inhisarçılığı qarşımızda böyük sədlər qoyurdu və bunları aşmağımız gərək idi. Bu xüsusda, cənab Prezident İlham Əliyevin dünya mediası ilə birbaşa təmas quraraq apardığı savaşı xüsusilə qeyd etmək istərdim. 44 gün ərzində demək olar ki, hər gün dünyanın 30-dan artıq ən aparıcı, ən önəmli televiziyalarına, media agentliklərinə cənab Prezidentin saatlarla sürən müsahibələri təşkil olundu”, – deyə H.Hacıyev qeyd edib.

Gununsesi.info