
İtaliyanın Raqusa bölgəsində daha çox pul qazanmaq istəyən 15 könüllü yanğınsöndürən bilərəkdən yanğın çıxarıblar.
Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bölgədə temperaturun 40 dərəcəni keçməsini fürsət bilən “işbazlar” planlarını bir müddət davam etdiriblər.
Lakin, həmin könüllülərin digər yanğınsöndürənlərə nisbətən daha çox hadisə yerinə getməsi şübhə yaradıb və araşdırma aparılıb. Araşdırma nəticəsində həqiqət ortaya çıxıb.
Məlumata görə, İtaliyada könüllü yanğınsöndürənlər yanğın zamanı işlədikləri 1 saat üçün 10 avro pul alırlar.
Gununsesi.info