“Çox şükür etmək insanı geri salır”

  • By admin
  • 08 İyul 2021 23:32
“Özümü çox sıxıram. Bəzən olur depressiya yaşayıram. Mən oxuyuram, səsim, sənətim var. 27 ildir sənətdəyəm. Amma mənim qədər əziyyət çəkməyən insanlar bu gün daha çox qazanc əldə edirlər”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov “10-da görüşək” proqramında deyib.

Verilişdə qonaq olan olan müğənni Vaqif Şıxəliyev isə həmkarının sözlərinə “Vüqar, buna da şükür” deyərək fikrini bildirib. Vüqar isə “Yox, çox şükür etmək acizlikdir. Çox şükür etmək insanı geri salır. Olanla razılaşmaq, kifayətlənmək inkişafı saxlayır” cavabını verib.

Gununsesi.info