“Çox xoşuma gəldi, çox səliqəli və təmizdir…” - KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

  • By admin
  • 05 Aprel 2017 16:46

jala aliyeva

“Kabel şəbəkəsi yayımı haqqında” ayrıca bir qanunun olması vacib idi və çox əlamətdar haldır ki, artıq belə bir sənəd bizim müzakirəmizə təqdim edilib.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva adıçəkilən komitənin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi çox konkretdir, səliqəlidir və birbaşa plenar iclasın müzakirəsinə tövsiyə oluna bilər.

“Qanun layihəsi çox xoşuma gəlidi, çox təmiz, çox səliqəli dildə yazılıb, konkretdir. Eyni zamanda, bir az da təkmilləşdirilməyə ehtiyacı var”-deyə, J. Əliyeva bildirib.

Komitə sədrinin müavini bununla yanaşı təklif edib ki, kabel televizayaları, kabel şəbəkəsi vasitəsi ilə yayımlanan kanallar Milli Teleradio Şurası (MTRŞ) ilə  razılaşdırımlalıdır, hər şey adıçəkilən qurumun razılığı əsasında olmalıdır.
jala-xocali
“Kimlərsə buna opponentlik edib deyə bilər ki, bu, düzgün deyil, kanalların yayımına qarışmaqdır və sairə. Amma əsla və əsla belə deyil.
Təsəvvür edin ki, işğalçı və təcavüzkar Ermənistanın hansısa bir kanalı kabel televiziyası, kabel şəbəkəsi vasitəsi ilə bizdə yaylımlanır, o zaman bu hansı nəticələrə gətirib çıxarardı?!
Bunu ilk növbədə düşünmək lazımdır.
Ona görə bir daha belə hesab edirəm ki, bu məsələ mütləq MTRŞ-in razılığı əsasında olmalıdır”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info