
“Smart Home” adlandırılan bu evlər tam rahatlıq, arxayınlıq məkanına çevriləcək. Bu evlər öz-özünə işıqlanır, pərdələr səhər açılıb, axşam örtülür, su, qaz ev sahibi evdə olmadıqda işləmir, güzgü adamla danışır və s. Tezliklə “ağıllı evlər” bu funksiyalarla təmin olunacaq.
Bu mənzillər sahibini qohumdan və qonşudan 99,99 faiz dəqiqliklə ayırd edə biləcək. Hətta evə gələnlərdən hansının yaxın qohum, yaxud dost, hansının uzaq şəxs olduğunu ev özü müəyyən edərək funksiyalarını buna uyğun tənzimləyəcək. Məsələn, hansısa qonağın gün işığına allergiyası varsa, o, evə girdiyi zaman ev pərdələri avtomatik şəkildə bağlayacaq ki, həmin qonaq narahat olmasın.
Bundan başqa, ev sahibinin özüylə açar gəzdirməsinə də ehtiyac qalmayacaq: qapı sahibini görən kimi öz-özünə açılacaq, onun arxasınca isə kilidlənəcək. Açar sistemı yalnız evin üzvləri üçün keçərli olacaq.
Gununsesi.info