Çoxmərtəbəli bina yanaraq çökdü - VİDEO

  • By admin
  • 01 May 2018 13:42

Braziliyanın San Paulu şəhərində çoxmərtəbəli binada yanğın olub.

Gununsesi.info “Report”a istinadən  xəbər verir ki, binanın konstruksiyası yanğına dözməyərək çöküb.

İlkin məlumatlara görə, bir nəfər həlak olub. Şahidlər isə yuxarı mərtəbədələrdə insanların qaldığını və ölənlərin sayının çox ola biləcəyini bildirirlər.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəliblər. Olay yeri mühasirəyə alınıb.

Gununsesi.info