

Tatarstandan olan kinqboks üzrə çoxqat dünya çempionu Musa Musalayev Almaniyanın Noy-Ulm şəhərində qətlə yetirilib.
Gununsesi.info Augsburger Allgemeine-yə istinadən xəbər verir ki, 37 yaşlı məşhur idmançı axşam saatlarında maskalı şəxslər tərəfindən güllələnib. Maskalı şəxslər maşınla dərhal hadisə yerini tərk ediblər.
Hazırda polis cinayətkar dəstəni axtarır.
Polis eyni zamanda, baş verən hadisə ilə bir ay öncə yaşanmış cinayət hadisəsi arasında əlaqə axtarır. Çünki bir ay bundan öncə Noy-Ulm şəhəri ilə qonşu Baden-Vyürtemberqdə kihqboks üzrə digər dünya çempionu qətlə yetirilib.
“Tatarstan prinsi” ləqəbi ilə tanınan Musa Musalayev təkcə kinqboks üzrə deyil, eyni zamanda, digər döyüş növləri üzrə də beynəlxalq yarışların qalibi olub.
O, eyni zamanda 2013-cü ildə Kazanda keçirilən Universiadanın rəsmi səfiri olub. 2013-cü ildə öz idmançı karyerasına son verən Musa Musalayev ailəsi ilə birlikdə Almaniyaya köçüb.
Gununsesi.info