Çoxqat dünya çempionu Almaniyada qətlə yetirildi

  • By admin
  • 23 Noyabr 2016 14:32
musalayev
Tatarstandan olan  kinqboks üzrə çoxqat dünya çempionu Musa Musalayev  Almaniyanın Noy-Ulm şəhərində qətlə yetirilib.
Gununsesi.info  Augsburger Allgemeine-yə istinadən xəbər verir ki, 37 yaşlı məşhur idmançı axşam saatlarında maskalı şəxslər tərəfindən güllələnib. Maskalı şəxslər  maşınla dərhal hadisə yerini tərk ediblər.
Hazırda polis cinayətkar dəstəni axtarır.
Polis eyni zamanda, baş verən hadisə ilə bir ay öncə yaşanmış cinayət hadisəsi arasında əlaqə axtarır. Çünki bir ay bundan öncə  Noy-Ulm şəhəri ilə qonşu  Baden-Vyürtemberqdə  kihqboks üzrə digər dünya çempionu qətlə yetirilib.
“Tatarstan prinsi” ləqəbi ilə tanınan Musa Musalayev təkcə kinqboks üzrə deyil, eyni zamanda, digər döyüş növləri üzrə də beynəlxalq yarışların qalibi olub.
O, eyni zamanda  2013-cü ildə Kazanda keçirilən  Universiadanın rəsmi səfiri olub. 2013-cü ildə öz idmançı karyerasına son verən Musa Musalayev  ailəsi ilə birlikdə Almaniyaya köçüb.
Gununsesi.info