Cozef Borel: "Türkiyə ilə dialoqa hazırıq"

  • By admin
  • 10 Yanvar 2021 10:10

“Türkiyə ilə dialoq üçün çalışmalarımızı davam etdirməyə hazırıq”.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, bunu “Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında videoformatda keçirilən görüşün olduqca əhəmiyyətli olduğunu bildirib.

Borel həmçinin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Brüsselə dəvət edib.

Gununsesi.info