Cozep Borrell Türkiyəyə səfər edəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edəcək.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında bildirib. 

Nazirin sözlərinə görə, C. Borrellin səfəri iyulun 6-da baş tutacaq.

Cavuşoğlu qeyd edib ki, C. Borrellin səfəri zamanı Türkiyə – Aİ münasibətləri, miqrant böhranı və digər regional məsələlərin müzakirəsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Türkiyə Aİ ilə münasibətlərini daha sağlam şəkildə inkişaf etdirmək niyyətindədir.

 

Gununsesi.org