Moskvanın Basmannıy Rayon məhkəməsi “Crocus City Hall” konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər barəsində həbs qətimkan qərarı çıxarıb.
Gununsesi.info bildirir ki, terror aktını törətməkdə şübhəli bilinən Mirzəyev Dalercon, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni barəsində məhkəmə mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi qərarını verib.
Təqsirləndirilənlərdən yalnız Fayzovun məhkəmə prosesi mətbuata qapalı keçirilib.
Bildirilib ki, məhkəmənin qapalı keçirilməsinə səbəb proses zamanı dövlət sirri sayıla biləcək məlumatın açıqlanması təhlükəsi olub.
Gununsesi.info