“Çudo-Peçka”nın rəhbərinə AĞIR CƏZA TƏLƏBI

Картинки по запросу AĞIR CƏZA TƏLƏBI

“Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun barəsindəki cinayət işi məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
“Bank Standart”ın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu və onlara dəymiş ziyanın ödənilməsini istəyib.
Çingiz Cəlilovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmə prosesi iyulun 20- ə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov “Bank Standart”ın idarə heyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyon manata yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.
Çingiz Cəlilov və yaxınlarına aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.(Lent.az)

COMMENTS