Cüdo üzrə Azərbaycan çempionatında ilk günün mükafatçıları müəyyənləşib

  • By ilhame
  • 15 Dekabr 2023 21:00

Cüdo üzrə qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatında ilk günün mükafatçıları müəyyənləşib.

Cüdo Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 idmançı mübarizə aparıb.

Qadınlar

48 kq

1. Şəfəq Həmidova

2. Ramilə Əliyeva

3. Xumar Qasımzadə, Leyla Dəmirova

 

63 kq

1. Leyla Əliyeva

2. Kamilla Töhöliyeva

3. Diana Şoranova, Leyla Atayeva

 

Kişilər

60 kq

1. Nazir Talıbov

2. Babarəhim Mirzəyev

3. Hüseyn Allahyarov, Kənan Hüseynov

 

81 kq

1. Məmmədrza Hacızadə

2. Kərim Allahverdiyev

3. Ömər Rəcəbli, Qədir Hüseynov

Qeyd edək ki, 3 gün davam edəcək Azərbaycan çempionatında 14 çəki dərəcəsi üzrə ümumilikdə 300-dən çox çudöçu mübarizə aparır.

Gununsesi.info