Cüdo üzrə milli komandamız birinci MDB Oyunlarında gümüş medal qazanıb – FOTO

  • By admin
  • 10 Sentyabr 2021 20:28

Azərbaycan cüdoçuları Kazanda keçirilən MDB Oyunlarının komanda yarışında 1/4 finalda Qırğızıstana 5:1, Qazaxıstana isə 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə finala yüksəliblər.

Komandamız finalda Özbəkistana 3:5 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa vurub.