Cüdoçularımız daha 3 medal qazandılar

  • By admin
  • 24 Oktyabr 2021 21:42

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında cüdoçularımız daha 3 medal qazanıblar.

Gununsesi.info xəbər verir ki, bu gün cüdoçularımızdan Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) bürünc medal qazanıblar.

Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Gununsesi.info