Cüdoçularımız dünya çempionatının fərdi yarışlarında üç medal qazandı

  • By admin
  • 27 Avqust 2022 19:08

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.

Gununsesi.info xəbər verir ki, yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıblar.

Yığmamız avqustun 28-də isə komanda yarışlarında çıxış edəcək.

Gununsesi.info