Cüdoçularımız İspaniyadan qızıl, gümüş və bürünc medallarla qayıdıblar - FOTO

  • By admin
  • 23 Fevral 2017 09:25

cudo-ispan
İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda böyük uğura imza atmış cüdoçularımız artıq vətənə dönüblər.

Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, mötəbər turnirdə 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiyanın rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıb.

Anar
Gununsesi.info