Cüdoçumuz Avropa birinciliyinin finalında

  • By admin
  • 17 Avqust 2021 17:37

Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi davam edir.

Gununsesi.info xəbər verir ki, oğlanların yarışında cüdoçularımızdan Xəyal Həsənov (50 kq) yarımfinalda komanda yoldaşı Babarəhim Mirzəyevi məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa birinciliyi avqustun 19-dək davam edəcək.