Cüdocu Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan idmançısının yarımfinal mərhələsindəki rəqibi də müəyyənləşib. R.Orucov bu mərhələdə İsrail idmançısı Saqi Muki ilə görüşəcək.
Gununsesi.info