Cüdoçumuz qızıl medal qazandı 

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə – 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.

HTML tutorial

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Gununsesi.info