Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil yolu keçən şəhər sakini, 1982-ci il təvəllüdlü Behbudova Adilə Abbasəli qızını vurub.
O, Culfa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info