1991-ci ildə müstəqilliyimizi qazandıqdan sonra ikinci ildir ki, Azərbaycan xalqı 28 May – Respublika Gününü böyük sevinc, qələbə ruhu ilə qeyd edir.
Bu gün babalarımızın 1918-ci ildə bizə ərmağan etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan suveren Azərbaycan 28 May – Respublika Gününü sevinc içində yaşayır.
Çünki, müstəqillimizin ilk illərində xain qonşularımız tərəfindən ərazi bütövlüyümüz təcavüzə uğradı. Ərazilərimizin 20 faizi işğal altına düşdü.
1 milyon qaçqın-köçkün qayğısı ilə yaşayan bir dövlət ötən illər ərzində güclü iqtisadiyyat, ondan doğan güclü ordu quruculuğu prosesini keçdi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirərək, bizi qələbəyə apardı.
Bu gün artıq Şuşada, Kəlbəcərdə və digər rayonlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Belə bir qələbə əhval-ruhiyyəsində 28 May -Respublika Gününü yaşamaq doğrudan sevinclidir.
Bu gün AXC qurucusu Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının ruhu şaddır.
Onların dalğalandırıb, bizə ərmağan etdiyi üçrəngli bayrağımızı daha da ucaltdıq.
1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarında üzvdür. Ölkəmiz regional problemlərdə sözünü deyən dövlətə çevrilib.
Yeni dövrdə ölkəmizdə müasir idarəçilik sisteminin tətbiqi də ölkəmizin gələcəyinə böyük ümidlər açır.
Nətavan Məmmədova
Gəncə Şəhər Hacıkənd İcra Nümayəndəsinin müavini