“Cümhuriyyət”in yayım direktoru həbs edilib - FOTO

  • By admin
  • 12 May 2017 11:10

unnamed

Türkiyədə nəşr olunan məşhur “Cümhuriyyət” qəzetinin internet saytının yayım direktoru saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Şöbəsinin əməkdaşları səhər saatlarında “Cümhuriyyət” qəzetinin internet saytının yayım direktoru Oğuz Güvənin evinə gələrək, onu nəzarətə götürüblər.

Belə ki, Oğuz Güvən Türkiyənin Dənizli Prokurorluğunun təlimatı üzrə saxlanılıb.

Bundan sonra İstanbul Təhlükəsizlik Şöbəsinin əməkdaları Güvəni İstanbul Təhlükəsizlik Müdirliyinin Vətən şöbəsinə aparıblar.

O. Güvən Dənizli Baş prokuroru Mustafa Alperin avtomobil qəzasında ölümü ilə əlaqədar bir xəbərin saytda yayılması səbəbiylə saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl Dənizli Baş prokuroru Mustafa Alperin içində olduğu minik avtomobili yük maşını ilə toqquşub. Qəzada Mustafa Alper və sürücüsü ölüb, mühafizəçisi isə ağır yaralanıb. Qəzadan sonra qaçan yük maşınının sürücüsü isə tutulub.

Məhz, qəzada dünyasını dəyişən Mustafa Alperin 15 iyul günü Dənizlidə çevriliş cəhdini dayandıran şəxslərdən olduğu ortaya çıxıb. Alperin çevriliş cəhdini eşidər-eşitməz Dənizlidəki məsuliyyəti boynuna alaraq briqada komandiri üçün həbs qərarı verdiyi və xeyli sayda FETÖ əməliyyatı ilə əlaqədar istintaq prosesinə rəhbərlik edib.

unnamed (1)

Anar
Gununsesi.info