Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi - TARİXİ HADİSƏ

  • By admin
  • 24 May 2018 13:17
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.
 Gununsesi.info-nun AZƏRTAC-a istinadən xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini “tarixi hadisə” adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.