Cütləşmədən hamilə qaldı, öz-özünə rüşeym törətdi – Elm dünyasını çaşqınlığa uğratdı

  • By admin
  • 08 İyun 2023 10:57

Öz-özünə hamilə qalan dişi timsahın bala törətməsi elm adamlarını ciddi çaşqınlığa uğradıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay Kosta-Rikada bir zooparkda təsbit edilib.

18 yaşlı dişi timsah özü ilə genetik olaraq 99,9% eyni olan bir döl doğub.
Partenogenez, ya da “bakirə doğum” fenomeni quş, balıq və digərlərində daha öncə təsbit edilsə də, timsahlarda ilk dəfə görülüb.

Elm adamları bu özəlliyin irsi ola biləcəyini sölyəyirlər. Yəni, timsahların atası olan dinozavrlar da öz-özünə balalama bacarığına sahib ola bilərlər.

Yeni doğulan döl ölü olub.

 

Tərcümə: Arzu

Gununsesi.info