Türkiyənin ana müxalifət partiyası olan CXP-də partiyadaxili gərginlik yaşanır.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, CXP-nin Yalova millət vəkili, partiya sədrliyinə sabiq namizəd Muharrəm İncə partiyanın genəl başqanı Kamal Kılıcdaroğlunun “Partiya içində qovğa edənləri qapının önünə qoyacağıq” açıqlamasına sərt təpki göstərib.
O, CXP-nin Mərsin millət vəkili Fikri Sağlar haqqında mətbuata verdiyi açıqlamalar səbəbindən disiplin dövrü başladılması ilə əlaqədar “Twitter” hesabından bunları bəyan edib:
“Önəmli olan fərqli düşünəni, müxalifətçilik edəni qapının önünə qoymaq deyil, seçki axşamları qapının önünü bayram yeri halına gətirə bilməkdir”.
KAMİL
Gununsesi.info