ÇXR Sədri Trampa qarşı sui-qəsd cəhdinə görə narahatlığını ifadə edib

  • By ilhame
  • 14 İyul 2024 12:50

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən təsirləndiyini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Çin Donald Trampın güllələnməsindən narahatdır”, – açıqlamada deyilir.

 

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Gununsesi.info