
Türkiyənin məşhur aşpaz və sosial şəbəkə fenomeni CZN Burak ləqəbli Muhammed Burak Özdemir və atası İsmayıl Özdemir icazəsiz tikinti aparma ittihamı ilə mühakimə edilirlər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Özdemir və atasının ayrı-ayrılıqda 5 ilə kimi həbsi tələb olunur. İttihama görə, onlar “Kentsel Sit Alanı” adlandırılan ərazidə qanunsuz tikinti aparıblar.
Müdafiə çıxışı edən Özdemir özünü təqsirli bilməyərək bəraət istəyib: “Atam təmirə başlanıldığını və bütün icazələri aldığını demişdi. Mənim təmirlə bağlı heç bir əlaqəm yoxdur”.
Məhkəmə çatışmayan məsələlərin aradan qaldırılması üçün iclası təxirə salıb.