
Dominikan Respublikasında istirahətdə olan ana və 8 yaşlı oğlu qidadan zəhərlənərək ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşını və oğlunu itirən kədərli ata bu hadisədən sonra istirahət mərkəzini məhkəməyə verib.
Ailənin vəkili antisanitar şəraitə və lazımi tibbi yardım göstərilməməsinə görə günahkarların cəzalandırılmasını istəyir.
Ata Stephen Gougeon yanvarın 27-də kurorta qarşı 5,5 milyon funt sterlinqlik iddia qaldırıb.
Ailənin vəkili bildirib ki, Qugeon ailəsi kurortun bufetində yemək yeyəndən sonra xəstələnib və kurortun klinikasına getmələrinə baxmayaraq, vəziyyətləri sürətlə pisləşib. İddia ərizəsində yeməklərin hazırlanması sahələrində antisanitar vəziyyət, vaxtında tibbi yardımın göstərilməməsi və işçilərin fövqəladə hallarla mübarizə apara bilməməsi vurğulanıb.
Otel rəhbərliyi ölənlərdən dərin kədərləndiklərini bildirib və onların heç bir səhv etmədiklərini iddia edib.
Koronerin hesabatına görə, Aprel və Oliver Gougeon-un ölümləri ikinci dərəcəli qida zəhərlənməsidir.
Ailənin vəkili iddianın yalnız ədalət axtarışı deyil, həm də oxşar faciələrin qarşısının alınması üçün xəbərdarlıq olduğunu bildirib.
Orxan Saffari