“Dədə” ləqəbli “kulturist” görənləri heyrətləndirib - 76 YAŞLI TƏQAÜDÇÜ MÜƏLLİM 60 İLDİR BODYBUİLDİNQLƏ MƏŞĞUL OLUR - FOTOLAR

  • By admin
  • 10 Aprel 2017 23:30

76 yasli kulturist

Bədən inkişaf etdirmə idman növü – bodybuildinqlə 60 il əvvəl tanış olan 76 yaşlı təqaüdçü müəllim Kamal Yüksələnin idman zalında sərgilədiyi performans görənləri heyrətləndirib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bədən inkişaf etdirməyə beton ağırlıqdan ibarət ştanq qaldırmaqla başlayan Kamal Yüksələn “Türkiyədə bu yarışlara qatılan ən yaşlı idmançı mənəm”, deyə bildirib.

76 yaşında olan Kamal Yüksələn 1 avqust 1941-ci ildə dünyaya gəlib. İdmana başladığı dövrdə Ankarada çalışacaq salon olmadığını dilə gətirən və hazırda çalışdığı salonda idmançıların “dədə” deyə xitab etdiyi Yüksələn “Alfredo adlı bir italyalı Necatibey Prospektində idman salonu açdı. Mən də orda işləməyə başladım. Ankara “Dəmirsport” klubunda güləşdim. Məni ağırlıqqaldırma salonundan alıb güləşə aparırdılar. Lakin güləşi sevmədim. Ağırlıqqaldırma yarışlarında birinciliklərim var” deyə əlavə edib.

Onu da nəzərinizə çatdıraq ki, “dədə” ləqəbli 76 yaşlı “kulturist” protein qəbul etmədiyini və bunun insan orqanizmi üçün zərərli olduğunu bildirib.

76 yasli kulturist2

76 yasli kulturist3

76 yasli kulturist4

Gununsesi.info